Ukraynada 30 günlük atəşkəslə bağlı razılaşma əldə oluna bilərbackend

Ukraynada 30 günlük atəşkəslə bağlı razılaşma əldə oluna bilər

Almaniyanın kansleri Fridrix Mers bu həftə sonu Ukraynada 30 günlük atəşkəs razılaşmasının əldə olunması ehtimalının yüksək olduğunu bəyan edib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, hazırda danışıqlar intensiv mərhələyə daxil olub və tərəflər arasında müvəqqəti humanitar fasilənin verilməsi üçün real imkan yaranıb. Mers vurğulayıb ki, Almaniya və digər Avropa ölkələri bu təşəbbüsü dəstəkləyir və razılaşmanın baş tutması üçün diplomatik səylərini davam etdirir.

Razılaşmanın məqsədi mülki əhalinin təhlükəsizliyinin təmin olunması və humanitar yardımların maneəsiz çatdırılması üçün şərait yaratmaqdır. Eyni zamanda, bu cür atəşkəsin gələcəkdə daha genişmiqyaslı sülh danışıqları üçün zəmin ola biləcəyi qeyd olunur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*