Ukraynada həlak olan azərbaycanlı hərbçinin nəşi tapılmır – VİDEObackend

Ukraynada həlak olan azərbaycanlı hərbçinin nəşi tapılmır - VİDEO

Ukraynada müharibə davam edir.

KONKRET.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə ölkənin mərkəzi, cənub-şərqi və şərq vilayətləri hava hücumuna məruz qalıb.

Həmçinin qeyd edilib ki, Ukrayna ordusu Xerson və Krım istiqamətində hücumlarını intensivləşdirib.“Bundan əlavə, Donetsk vilayətinin Avdiyevka şəhəri demək olar ki, mühasirəyə düşüb. Əgər Ukrayna silahlı qüvvələri Avdiyevkanı itirərsə, bu, artıq Donetskin taleyinin həll olunması deməkdir”, – deyə jurnalist əlavə edib.

M.Aslanov onu da bildirib ki, Ukrayna ordusunun təxminən iki ay əvvəl itkin düşən və həlak olduğu bildirilən azərbaycanlı hərbçisinin nəşi hələ də tapılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*