“Ukraynada inanılmaz dərəcədə çox – 20 rus generalı öldürülüb” – Yaponiya kəşfiyyatıbackend

"Ukraynada inanılmaz dərəcədə çox - 20 rus generalı öldürülüb" - Yaponiya kəşfiyyatı

Ukraynada 20 rus generalı öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Nikkei Yaponiya kəşfiyyatının ABŞ və Avropa ölkələri ilə birgə topladığı məlumatlara istinadən yazır.

Yaponiya kəşfiyyatı Ukraynada 20 rus generalının öldüyünü bildirib.

Bildiyimiz kimi, generallar yüzlərlə, minlərlə əsgərə rəhbərlik edirlər. Öldürülən generalların sayının çox olması onu göstərir ki, ümumən hərbçilər zəif hazırlanıb, ordu pis təlim keçib.

Yaponiyanın quru özünümüdafiə qüvvələrinin keçmiş qərargah rəisi Kiefumi İvata generalların itkilərinin sayını “inanılmaz dərəcədə çox” hesab edir. O qeyd edir ki, məsələn, amerikalı generallar döyüşlərdə demək olar ki, həlak olmur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*