Ukraynada məşhur diplomatik jurnal növbəti sayını İlham Əliyevə həsr etdibackend

Ukraynada məşhur diplomatik jurnal növbəti sayını İlham Əliyevə həsr etdi

Ukraynada Taras Şevçenko adına Milli Muzeydə tanınmış “Kyiv Diplomatic” jurnalının Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.

KONKRET.az-ın “Report”a istinadən məlumatına görə, layihə Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü, “SOCAR Energy Ukraine” şirkətinin dəstəyi ilə baş tutub.

Təqdimat zamanı Kiyevdəki müxtəlif ölkələrin diplomatik korpuslarının nümayəndələri, hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri və diaspor fəalları iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfirliyinin üçüncü katibi Təranə Sadıqova tədbiri açaraq layihə barədə iştirakçılara məlumat verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*