Ukraynada döyüşlərin yaxın vaxtlarda bitməsi ehtimalı yüksəkdir.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
O bildirib ki, Polşa özünü müdafiə etməyə hazır olmalıdır:
“Rusiya-Ukrayna müharibəsi, ən azı yaxın gələcəkdə dayandırıla bilər. Lakin bu, vəziyyətimizi heç bir şəkildə dəyişmir. Polşa Rusiya-Ukrayna cəbhəsində vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq özünü müdafiəyə hazır olmalıdır”.