“Ukraynada münaqişəyə son qoymaq üçün…” – Kremldən YENİ AÇIQLAMAbackend

"Ukraynada münaqişəyə son qoymaq üçün..." - Kremldən YENİ AÇIQLAMA

Rusiya ilə Ukrayna arasında davam edən münaqişəyə son qoymaq üçün sənəd layihəsi üzərində iş yekun mərhələyə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov bildirib ki, sənədin hazırlanması başa çatdıqdan sonra Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Zelenski arasında görüşün keçirilməsi mümkündür. Onun sözlərinə görə, danışıqların İstanbulda davam etdirilməsi ehtimalı da gündəmdədir.

Trampın Putin “odla oynayır” ifadəsini şərh edən Kreml sözçüsü bildirib ki, Tramp administrasiyası Ukraynada sülhün əldə olunması üçün mühüm səylər göstərir. O, eyni zamanda, şəxsən prezident Trampa vasitəçilik cəhdlərinə görə təşəkkür etdiklərini vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*