Ukraynada Nikolayev şəhəri yaxınlığında Rusiya təyyarəsi vuruldubackend

Ukraynada Nikolayev şəhəri yaxınlığında Rusiya təyyarəsi vuruldu

“Ukraynanın Nikolayev şəhəri yaxınlığında Rusiya təyyarəsi vurulub, pilot əsir götürülüb”.

KONKRET.az xəbər verir ki, bunu Nikolayev vilayətinin dövlət administrasiyasının rəhbəri Vitali Kim deyib.

O, iki video paylaşıb. Bunların birində vurulan təyyarənin yandığı, digərində isə əsir düşən pilot göstərilib.

Pilot Uzaq Şərqdən olduğunu, hərbi hissəsinin isə Krımda olduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl Ukrayna dəniz piyadalarının Nikolayev vilayətində Rusiyanın 4 helikopterini vurduğu bildirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*