Ukraynada qətliam törədən rus zabit öldürüldübackend

Ukraynada qətliam törədən rus zabit öldürüldü

Oktyabrın 25-də Ukrayna Baş Kəşfiyyat İdarəsinin keçirdiyi əməliyyat nəticəsində müharibə cinayətlərində iştirak edən 45 yaşlı rusiyalı zabit Venyamin Mazjerin öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.

“Rusiya OMON-unun polkovnik-leytenantı Mazjerin Rusiya Milli Qvardiyasının “Obereq” xüsusi təyinatlı dəstəsinin tərkibində Kiyev bölgəsinə hücumda iştirak edib. Bu xüsusi təyinatlı dəstə 2022-ci ilin fevral-mart aylarında Buça və Kiyev bölgəsinin digər şəhərlərində müharibə cinayətləri və soyqırımda iştirak edib”, – məlumatda qeyd olunub.

Məlumata görə, Venyamin Mazjerinin idarə etdiyi avtomobil oktyabrın 25-də Kemerovo vilayətində partladılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*