Ukraynada Rusiya ordusunun sayı rekord həddə çatdı – ŞOK RƏQƏMbackend

Ukraynada Rusiya ordusunun sayı rekord həddə çatdı – ŞOK RƏQƏM

Rusiya Ukraynaya qarşı apardığı müharibəyə misilsiz sayda canlı qüvvə cəlb edib. Ukrayna Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, hazırda döyüş bölgəsində 700 mindən çox rusiyalı hərbçi yerləşdirilib.

KONKRET.az xəbər verir ki, son iki ay ərzində Rusiya ordusunun sayında 60 min nəfərlik artım qeydə alınıb. Noyabr 2024-cü illə müqayisədə bu göstərici 120 min nəfər artım deməkdir.

Bundan əlavə, işğal olunmuş ərazilərdə və Ukrayna sərhədi boyunca 35 minə yaxın “Rosqvardiya” qüvvələri də yerləşdirilib. Döyüşlər 1100 km-lik geniş bir cəbhə xətti boyunca davam edir və aktiv toqquşmalar bütün istiqamətlərdə müşahidə olunur.

Məlumata görə, 2025-ci ildə Kreml orduya 4 trilyon rubl ayırmağı planlaşdırır. Bu, Rusiyanın hərbi xərclərinin əvvəlki illərlə müqayisədə daha da artdığını göstərir və müharibənin uzunmüddətli xarakter alacağından xəbər verir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*