Ukraynada ümumi səfərbərliyin müddəti uzadıldıbackend

Ukraynada ümumi səfərbərliyin müddəti uzadıldı

Ali Rada Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini uzadıb.

Bu barədə KONKRET.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Onların müddəti daha 90 gün – noyabrın 5-dək uzadılıb.

Hərbi vəziyyətin davam etdirilməsini 320 xalq deputatı, səfərbərliyi isə 304 deputat dəstəkləyib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılması haqqında iki qanun layihəsini iyulun 14-də Ali Radaya təqdim edib. Dövlət başçısı parlamentə hərbi vəziyyəti və səfərbərliyi avqustun 7-dən etibarən 90 gün müddətinə uzatmağı təklif edib. İndi Radanın qərarından sonra Prezident göstərilən qanun layihələrini imzalamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*