Ukraynadan Rusiyaya daha bir ZƏRBƏ PLANI – ŞOK SSENARİbackend

Ukraynadan Rusiyaya daha bir ZƏRBƏ PLANI - ŞOK SSENARİ

Ukraynanın xüsusi xidmət orqanları Rusiya və onun müttəfiqlərinə qarşı yeni diversiya əməliyyatları hazırlayır. Bu barədə Washington Post nəşrinin tanınmış icmalçısı Devid İqnatius, Ukrayna xüsusi xidmətlərindəki mənbələrə istinadən yazır.

KONKRET.az xəbər verir ki, məqalədə bildirilir ki, Ukrayna Rusiyanın Sakit okeanın şimalında yerləşən hərbi gəmilərinə qarşı gizli hücumlar həyata keçirməyi nəzərdən keçirir. SBU (Ukrayna Təhlükəsizlik Xidməti) bu məqsədlə göndərilən yüklər içində gizlədilmiş dəniz dronlarından istifadə etməyi planlaşdırır.

“Onlar hazırda bu əməliyyatlara hələ başlamayıblar, lakin planlar üzərində işləyirlər,” – deyə İqnatius qeyd edir.

Həmçinin, SBU tərəfindən Cənubi Afrika Respublikasının Keyptaun limanına daxil olan Rusiyanın “Smolnıy” hərbi gəmisinə qarşı hücum planı da nəzərdən keçirilib, lakin bu plan reallaşdırılmayıb.

Məqalədə vurğulanır ki, Trampın sülh vasitəçisi kimi danışıqlardan geri çəkilməsindən sonra, Ukrayna öz mübarizəsini ənənəvi döyüş xəttindən kənara çıxararaqçirkli müharibə” ilə davam etdirmək niyyətindədir.

“Ukrayna, Rusiya daxilində və dünyanın müxtəlif nöqtələrində gizli əməliyyatlarla Kreml qüvvələrinə zərbələr endirməyə daha çox güvənəcək. Döyüş cəbhəsi isə əvvəlki kimi pilotsuz uçuş aparatları və artilleriya atəşləri ilə dolu ‘cəhənnəm mənzərəsi’ olaraq qalacaq,” – deyə məqalədə bildirilir.

İqnatius yazır ki, bu yeni strategiyada xüsusi hədəflənmiş sui-qəsdlər, sabotajlar və diversiyalar əsas taktika ola bilər. Eyni zamanda, müəllif Rusiyanın da cavab olaraq oxşar əməliyyatlara əl atacağı ehtimalını istisna etmir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*