Ukrayna Baş Kəşfiyyat İdarəsinin hərbçiləri Sum vilayətində Rusiya ordusuna qarşı böyük əməliyyat keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.
Məlumata görə, kəşfiyyatçılar Sum vilayətində Rusiyanın hücumunu dəf ediblər və rusların 8-dən çox bölüyü darmadağın edilib.
“Ukrayna n Baş Kəşfiyyat İdarəsinin “Timur” Xüsusi Təyinatlı Dəstəsinin döyüşçüləri rusların Sum istiqamətində irəliləməsinə imkan verməyiblər. Xüsusi əməliyyat zamanı kəşfiyyatçılar düşmənin arxa cəbhəsinə daxil olub və mövqeləri təmizləyiblər. Rusların cəbhənin bu istiqamətində irəliləyişləri dayandırılıb, ləvazimat və sursat təchizatı da pozulub. Əməliyyat nəticəsində düşmənin 334 hərbçisi öldürülüb, daha 550 hərbçisi isə yaralanıb”, – məlumatda qeyd olunub.
Əməliyyatda “Himer”, “Yunger”, “Stunqa”, “Sibir batalyonu”, “Aratta”, “1514”, “Paraqon”, “Art Division”, “First Line”, “Raven Qrup” və “6-cı dəstə” xüsusi təyinatlı bölmələr iştirak edib.