Ukraynalı general mərmi çatışmazlığı ilə bağlı problemləri etiraf etdibackend

Ukraynalı general mərmi çatışmazlığı ilə bağlı problemləri etiraf etdi

“Ukrayna silahlı qüvvələri artilleriya mərmiləri çatışmazlığı ilə üzləşib və Qərb müttəfiqlərinin yardımı olmadığı üçün bir sıra əməliyyatları dayandırmaq məcburiyyətində qalıb”.

KONKRET.az xəbər verir ki, “Reuters” agentliyinə açıqlamasında Tavriya qoşunlarının əməliyyat-strateji qrupunun komandanı, briqada generalı Aleksandr Tarnavski belə deyib.

“Sursatla, xüsusən də mərmi ilə bağlı problem var. Bu gün bu problem bütün cəbhə xəttində özünü büruzə verir. Mövcud olan sursatlar ehtiyaclarımızı nəzərə alsaq, kifayət deyil. Və buna görə də biz onları yenidən bölüşdürürük. Əvvəllər qarşımıza qoyduğumuz vəzifələri yenidən planlaşdırırıq və onları ixtisar edirik, çünki bütün bunları təmin etmək lazımdır”, – deyə Tarnavski bildirib.

O, artilleriya mərmilərinin çatışmazlığının çox böyük problem olduğunu və xarici hərbi yardımın kəsilməsinin artıq döyüş meydanına təsir etdiyini etiraf edib.

Eyni zamanda, general əlavə edib ki, Rusiya ordusunun da sursatla bağlı problemləri var.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*