Ukraynalı hərbçi: “Biz hücum edəndə ruslar sakitcə qəhvə içirdi”backend

Ukraynalı hərbçi: “Biz hücum edəndə ruslar sakitcə qəhvə içirdi”

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu zamanı rus bölməsi meşədə sakitcə qəhvə içirdilər.

KONKRET.az xəbər verir ki, bu fikirləri ukraynalı hərbçi “The Financial Times” qəzetinə müsahibəsində bildirib.
“Və sonra “Stryker”imiz birbaşa onların masasına çırpılır. Çoxunu birinci gün öldürdük. Çünki onlar silahsız idilər və bizi gözləmirdilər. Məəttəl qalan onlarla rus əsgəri sadəcə silahlarını yerə qoyub təslim oldular”, – deyə əsgər bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin dərinliklərinə doğru irəliləyib: “Bir həftədən az müddətdə Rusiyanın 30 km-dən çox dərinliyinə daxil olmuşuq. Onların ərazisini ələ keçirməliyik, çünki danışıqlar zamanı öz torpağımızla dəyişdirəcəyik. Bəzi hərbçilərimiz əvvəlcə əməliyyatın mümkünlüyünə şübhə ilə yanaşırdılar”.

Xatırladaq ki, Ukrayna bölmələri ilk dəfə çərşənbə axşamı, avqustun 6-da saat 13.00-da Rusiya ərazisinə daxil olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*