Tanınmış ukraynalı jurnalist Dmitri Qordon Rusiyada fəaliyyəti dayandırılmış “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktovu abırsızlıqda və həyasızlıqda ittiham edib.
KONKRET.az xəbər verir ki, bu barədə Dmitri Qordon həmkarı Vasili Qolovanovla birgə apardığı proqramda danışıb.
O, “Crocus City Hall”da terakt baş verdikdən sonra A.Venediktovun “Yaxşı olardı ki, indi Zelentski “Crocus”da həlak olan insanlarla bağlı rusiyalılara başsağlığı versin” fikrinə reaksiya verib.
“Mən heç vaxt belə abırsızlıq və həyazıslıq görməmişdim. Sözüm yoxdur. Nə deyəcəyimi bilmirəm. Yeri gəlmişkən, Venediktov ukraynalıların kütləvi ölümü ilə bağlı heç vaxt başsağlığı verməyib. Yəqin ki, nəyisə başa düşmək üçün bombaların, raketlərin altında yaşamaq, döyüş meydanında olmaq lazımdır”, – deyə Qordon vurğulayıb.
Xatirə SADİQ,
KONKRET.az