Ukraynalı qaçqınlara görə AB-də münaqişə yaranırbackend

Ukraynalı qaçqınlara görə AB-də münaqişə yaranır

Alyans ölkələri ukraynalı qaçqınların hüquqi statusu ilə bağlı qərar verə bilmədiyi üçün AB-də münaqişə yaranır.

KONKRET.az xəbər verir ki, bu barədə “Neue Zürcher Zeitung” məlumat yayıb.

Bildirilib ki, Brüssel ukraynalıların qaçqınlar üçün ən əlverişli şərait təklif edən Avropa ölkələrinə köçəcəyindən ehtiyat edir:

“Bu, istər-istəməz ittifaqa üzv dövlətlər arasında münaqişəyə gətirib çıxaracaq.

2022-ci ilin fevralından bəri təxminən 4,3 milyon ukraynalı AB ölkələrində müvəqqəti qoruma statusu alıb. O, bir neçə dəfə uzadılıb və bu yaxınlarda Avropa Komissiyası onu yenidən, bu dəfə 2027-ci ilə qədər uzatmağı təklif edib. Hüquqi qeyri-müəyyənlik səbəbindən ukraynalı qaçqınlar AB ölkələrində iş və mənzil tapmaqda çətinliklərlə üzləşirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*