“Ukraynanı sonsuza qədər silahlandıra bilmərik” – Ceyms Devid Vensbackend

“Ukraynanı sonsuza qədər silahlandıra bilmərik” - Ceyms Devid Vens

ABŞ-nin Ukraynaya daha çox yardım göstərməsinə qarşı çıxan vitse-prezidentliyə namizəd Ceyms Devid Vens Vaşinqtonun Ukraynanı sonsuza qədər silahlandıra bilməyəcəyini deyib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı xarici KİV yayıb.

Vensin fikrincə, elə etmək lazımdır ki, Avropa və NATO Rusiya və Ukraynaya diqqət yetirsin, Amerika isə diqqətini Çinə yönəldə bilsin.

Vitse-prezidentliyə namizəd deyib ki, ABŞ Ukraynanın bütün ehtiyaclarını qarşılayacaq qədər artilleriya mərmisi, müharibəni sonsuza qədər davam etdirmək üçün kifayət qədər “Patriot” istehsal etmir.

“Bayden administrasiyasının yanaşmasını bəyənmirəm. O deyir ki, biz Ukraynaya yardımı nə qədər lazımdırsa, davam etdirəcəyik. Donald Trampın münaqişəyə son qoymaq planı var. Tramp dünyanın prezidentidir. Biz bunu onu yenidən prezident seçəndə görəcəyik”, – ABŞ vitse-prezidentliyinə namizəd vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*