Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açıldıbackend

Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açıldı

Ukraynanın Azərbaycandakı səfirliyi elektron formada matəm kitabı açıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında paylaşım edib.

“Matəm kitabı noyabrın 19-da Rusiyanın Ukraynanın Ternopol şəhərinə zərbələri nəticəsində həlak olanların xatirəsinin anılması üçün açılıb”, – paylaşımda qeyd edilib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərini atəş tutması nəticəsində üçü uşaq olmaqla 25 nəfər həlak olub. Hadisə nəticəsində 73 nəfər, o cümlədən 15 uşaq isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*