Ukraynaya təhvil verilmiş onlarla Qərb haubitsaları köhnəldiyinə görə təmir üçün döyüş meydanından çıxarılır.
KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, döyüşlər zamanı aşınmaya görə, Qərb ölkələri tərəfindən Ukraynaya verilmiş 350 haubitsadan təxminən üçdəbiri yararsızdır.
Qeyd olunub ki, ABŞ Polşada onların təmiri üçün baza təşkil edib. Təmir ABŞ Ordusunun Avropa Komandanlığı üçün prioritet məsələdir. Eyni zamanda, Ukrayna təmir bazalarının döyüş meydanına daha yaxın yerləşdirilməsini istəyir.
Məlumata görə, hərbi əməliyyat başlayandan bəri Pentaqon Ukraynaya 142 “M777” haubitsa göndərib.
İqbal Rzayev,
KONKRET.az