Gürcüstan Azərbaycandan keçməklə Rusiyadan dəmir yolu ilə un idxal edəcək.
KONKRET.az xəbər verir ki, Gürcüstan Çörək İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze bildirib ki, çatdırılmada heç bir gecikmə olmayacaq.
“Unun bahalaşmasına baxmayaraq, Gürcüstanda çörəyin bahalaşması gözlənilmir”, – deyə o vurğulayıb.
Gürcüstanın əsas un tədarükçüsü Rusiyadır ki, idxalın təxminən 90%-i onun payına düşür.
Rəsmiyyə Şərifova,
KONKRET.az