UNİCEF: Qəzza zolağında 2360 fələstinli uşaq həlak olubbackend

UNİCEF: Qəzza zolağında 2360 fələstinli uşaq həlak olub

Tərəfləri dərhal atəşkəsə razılaşmağa və yardımın anklav ərazisinə ötürülməsinə icazə verməyə çağırırıq.

KONKRET.az xəbər verir ki, bu barədə UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Adel Khodr məlumat verib.

Khodr qeyd edib ki, Qəzza zolağında uşaqların ölümü və yaralanmasının nisbəti “sadəcə heyrətamizdir”.

“Uşaqların öldürülməsi, şikəst edilməsi, oğurlanması, xəstəxanalara və məktəblərə hücumlar, humanitar yardımların əldə edilməməsi uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. UNICEF təcili olaraq bütün tərəfləri atəşkəslə razılaşmağa, humanitar yardıma icazə verməyə və bütün girovları azad etməyə çağırır. Hətta müharibənin belə öz qaydaları var”, – deyə Kodr bildirib.

UNICEF-in məlumatına görə, münaqişə başlayandan bəri Qəzza zolağında 2360 fələstinli uşaq həlak olub, 5364-ü isə yaralanıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*