Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru maddi problemlər səbəbindən onlayn dərslərə qoşula bilməyən tələbələrlə bağlı nümunəvi addım atıb.
KONKRET.az xəbər verir ki, filial direktoru dosent Yusif Alıyev smartfonlarında internet balansı olmayan tələbələrin siyahısını hazırladaraq, onların onlayn dərslərə qoşulması üçün internet balanslarını artırmaq məqsədilə özünün aylıq maaşından 400 manat ayırıb. Nəticədə 100-ə yaxın tələbə dərslərdə rahat iştirak etmək imkanı qazanıb.
Drektor bununla bağlı açıqlamasında, təhsilə, tələbəyə qoyulan kapitalın itməyəcəyini, zamanı gələndə bu dövlətə, cəmiyyətə öz müsbət töhfəsini verəcəyini söyləyib.
“BakuPost”