Təhsil haqlarının artımı ilə bağlı məsələ gündəlikdə deyil.
KONKRET.az trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Prezident İlham Əliyevin tələbə təqaüdlərinin artırılması ilə bağlı sərəncamını şərh edərkən jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, təhsil haqları Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunur:
“Bu dəqiqə üçün, yeni təhsil mövsümünün də başladığı dövrdə bu məsələ ilə bağlı heç bir yeni məlumat yoxdur”.