Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOsubackend

Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOsu

Gəncədə ürəyindən güllələnərək öldürülən 42 yaşlı Vüsal Əhmədovun qətlinin yeni detalları məlum olub.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib.

V. Əhmədov yaşadığı evin yaxınlığında güllələnərək öldürülüb.

İlkin məlumata görə, mərhum əvvəlcədən tanış olduğu şəxslə aralarında yaranan mübahisə zamanı ağır güllə yarası alaraq həyatını itirib.

Mərhum Vüsal Əhmədov TIR sürücüsü işləyirmiş. Onu öldürməkdə şübhəli bilinən şəxs də eyni sahədə çalışırmış. Baş vermiş hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*