Urmiya gölünün tam qurumasından sonra həkimlər ekoloji problemin bölgədə fəlakətlərə səbəb olacağı barədə xəbərdarlıq ediblər.
KONKRET.az xəbər verir ki, bu haqda İran Daxili Xəstəliklər Mütəxəssisləri Cəmiyyətinin İdarə Heyətinin sədri İrəc Xosroniya məlumat yayıb.
O, gölün qurumasından sonra duz fırtınalarının daha da artacağı, bölgələrdə yaşayanlar arasında tənəffüs, təzyiq və xərçəng xəstəliklərinin çoxalacağını bildirib.
Qeyd edək ki, son məlumatlara görə, Urmiya gölü tamamilə quruyub.