Uşağa görə əlavə ödəniş veriləcəkbackend

Uşağa görə əlavə ödəniş veriləcək

Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qanuna əsasən minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

Hazırda qüvvədə olan qanuna əsasən, himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) və əmək münasibətlərinə dövlət orqanı və ya hüquqi şəxs ləğv edilməsi (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən) və işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlarının ixtisar edilməsi (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən) ilə əlaqədar əsaslarla xitam verilmiş şəxslərin əsas sığorta ödənişinə bu Qanunla müəyyən olunmuş əlavə almaq hüququ var.

Bu şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.

Beləliklə, artıq bu, məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlara şamil ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Zahir
    Dekabr 22, 2023 - 22:47

    Salam mən işsizəm 3 övladım var necə uşaqlara aylıq müavinət ala bilərəm?

  • Ayten
    Dekabr 23, 2023 - 06:46

    Salam mende isdemirem 3usaqim var nece ede bilerem mende o pulu alim

  • Hüseynova Esnaye
    Dekabr 23, 2023 - 12:11

    Salam menim bir övladım var məndə çox isteyerem almaq çünki yoldaşımda işsizdir. Uşağ ise korpe yemeyine imkan çatdıra bilmirik. Necə ala bilerem

  • REQSANE
    Dekabr 23, 2023 - 14:05

    salam menim de 3 usagim var.3 de qiz .ozumde yoldasimda isizik..nece ala bilerem

  • Sevda
    Dekabr 23, 2023 - 14:42

    Iwsiz kimi hardan qeydiyyatdan keçmek lazimdi

    • Şamsu
      Dekabr 23, 2023 - 18:13

      Salam menimde iki qizim var islemirem nece ala bilerem

    • Leyla
      Dekabr 24, 2023 - 14:27

      Salam, Məşğulluq İdarəsinə müraciət etdikdə İşsizlik statusu almaq olur.

  • Şamsu
    Dekabr 23, 2023 - 18:15

    Salam menimde iki qizim var islemirem yoldasimda islemir hardan qeydiyatdan kecim alabilmek ucun

  • Gülşən
    Dekabr 23, 2023 - 22:25

    Salam men işləmirəm yoldaşım taksi sürücüsü işləyir 2usagim var catdira bilmirik bizə köməklik edin işsizəm hec yerdə işləmirəm nece qeydiyyatdan kecim mən

  • Sehla
    Dekabr 23, 2023 - 22:45

    Salam xais edirem deyerdiz hara mureciet etmek lazimdir

  • Rəsmiyyə
    Dekabr 23, 2023 - 23:57

    Salam.mənim 4 uşağım var.məşğulluqda qeydiyyatdayam.hazırda 4cü uşağım olub.zəhmət olmasa ətraflı yazardız

  • Ruslan
    Dekabr 24, 2023 - 01:59

    men iszem usagpulu nece ala bilerem

  • Nurengiz zeynalova
    Dekabr 24, 2023 - 02:06

    Men iwlemirem iki oğlum var biri unverstetde oxuyur 20 yawi var biride 11 yawi boyuy oğlum ile 2500 odeyir cetindi bize ödemek mene iwsizliye göre pul duwur mende iwlemirem

  • Nezir
    Dekabr 24, 2023 - 10:08

    Salam menim adım Yunusov Nəzir 20 iliydiki pensiya alirdim kesdiler ki sene pensiya duşmur indi işde vermirlerki xesdesen aliya bilmirem bir ovladim var oda talassemiya xəstəsidir xais edirem ay memurlar menide nezere alin komek edin ya is verin yada pensiyami berpa edin xaiş edirəm

  • Aynur Mülkümova
    Dekabr 24, 2023 - 10:36

    Salam menimde iki evladim var biri 9 yaşında biridə 8 özümdə işsizem balaca oğlum xərçəng xəstəsidir mən necə edə bilərəm uşaq pulu üçün

  • Elçin atakiwiyev
    Dekabr 25, 2023 - 00:58

    Salam mənimdə iki uwaqim var məndə işləmirəm yoldawimda işləmir bizə də köməklik edin necə ala bilərik pul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*