Rusiyanın Ermənistandakı səfirliyi yaxınlığında və “Kiyev körpüsü” üzərində Putin əleyhinə plakatlar asılıb. Aksiya sosial şəbəkələrdə qərbyönlü “Avroblok” nümayəndələri tərəfindən yayılıb.
KONKRET.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu aksiyanı xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri ərəfəsində USAID-dən qalan pulla təşkil olunmuş qərbyönlü təxribat adlandırıb.
O, ABŞ-ın Ermənistandakı səfirliyinin təxminən 2000 nəfərlik heyətini xatırladaraq bəzi əməkdaşların münasibətlərin inkişafına töhfə vermək əvəzinə, Rusiya-Ermənistan əlaqələrini pozduqlarını bildirib.
Aynurə İsmayıl
KONKRET.az