Uşaq musiqi məktəblərinə işə qəbul imtahanının vaxtı AÇIQLANDIbackend

Uşaq musiqi məktəblərinə işə qəbul imtahanının vaxtı AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul olmaq istəyən şəxslərə müraciət edib.

DİM-dən KONKRET.az-a verilən məlumata görə, Mədəniyyət Nazirliyi DİM-lə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu imtahanı 7 avqust 2022-ci il tarixində keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 18 iyul saat 09:00-dan 28 iyul saat 17:00-dək həyata keçiriləcək.

Nəzərinizə çatdıraq ki, iyulun 17-də işə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 20 iyun saat 09:00-dan 7 iyul saat 17:00-dək həyata keçiriləcək.

İmtahanlarda iştirak etmək üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*