Uşaq pulu ilə bağlı müsbət anons – Yaxın vaxtlarda….backend

Uşaq pulu ilə bağlı müsbət anons – Yaxın vaxtlarda....

Ümid Partiyasının sədri İqbal Ağazadə uşaq pulu ilə bağlı məsələni yenidən gündəmə gətirib. 

Sitat: “Azərbaycanda bu gün ailələrin əksəriyyətində iki uşaqdan artıq doğum göstəricisi yoxdur. Bu, o deməkdir ki, 5-10 ildən sonra demoqrafik səviyyəmiz ya indiki səviyyədə qalacaq, ya da aşağı düşəcək”.

Uşaq pulu verilməlidirmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, “uşaq pulu” anlayışı SSRİ dövrünə aiddir, hazırkı büdcə və qanunvericilikdə belə bir termin mövcud deyil:

“Burada söhbət müavinətlərdən gedir. Hazırda uşaqlar üçün müxtəlif kateqoriyalar üzrə müavinətlər verilir: atasını itirmiş, əlilliyi olan, şəhid övladları və sair. Yəni müavinətlərin ümumiyyətlə verilməməsi məsələsi yoxdur, sadəcə onlar müəyyən kateqoriyalara ayrılır. Əsas müzakirə edilən məsələ bu müavinətlərin əhatə dairəsinin genişləndirilməsidir. Çünki bu, daha çox aztəminatlı və imkansız ailələrin uşaqlarına dəstək üçün nəzərdə tutulur. Yüksək gəlirli ailələrin uşaqları üçün belə bir ehtiyac mövcud deyil. Bu baxımdan terminlərin düzgün işlədilməsi vacibdir ki, mövzu populist yanaşmalardan uzaq olsun”.

Deputat qeyd edib ki, dövlət büdcəsinin imkanları daxilində xüsusilə 1-6 yaş arası ehtiyacı olan uşaqlara müavinət ayrılması zəruridir:

“Bu həm qida, geyim, həm də təhsil xərclərinin qarşılanması baxımından vacibdir. Hesab edirəm ki, hökumət də bu istiqamətdə işlər görür və büdcə imkanları nəzərə alınmaqla məsələ öz həllini tapacaq”.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, uşaq pulunun kimə və hansı qaydada veriləcəyi dəqiqləşdirilməlidir:

“Əlbəttə, bu vəsait verilməlidir. Təklifimiz odur ki, ilkin mərhələdə ailələrə yardım məqsədilə ikinci və sonrakı uşaqlara müavinət ayrılsın. Çünki birinci uşaq ailənin planlaşdırılmış məsuliyyəti sayılır, lakin ikinci, üçüncü və dördüncü uşaqları əlavə dəstək olmadan böyütmək çətinlik yaradır. Buna görə də Azərbaycanda diferensial yanaşmaya ehtiyac var. Yəni müxtəlif hallara müxtəlif mexanizmlərlə yanaşılmalıdır. Nəticə etibarilə, uşaq pulunun verilməsi zəruridir, lakin onun sxemi və tətbiq qaydaları müzakirə olunmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*