Uşaqpulu ilə bağlı YENİLİK GÖZLƏNİLİR – Bu şəxslərə şamil olunacaq…backend

Uşaqpulu ilə bağlı YENİLİK GÖZLƏNİLİR - Bu şəxslərə şamil olunacaq...

Azərbaycanda doğulan uşaqların sayı açıqlanıb. Məlumatda 2015-ci ildə 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə 141 min, 2020-də 125 min, 2021-ci ildə 110 min 700, 2022-ci ildə 122 min 846 körpə dünyaya gəldiyi bildirilib. 2015-ci illə müqayisədə 2022-ci ildə 43 min 364 uşaq az doğulub, yəni doğuş sayı azalır.

Qeyd edək ki, ötən tədris ili üçün 152 minə yaxın şagirdin birinci sinfə gedəcəyi proqnozlaşdırılırdısa, bu il bu say 123300-ə bərabərdir. Bütün bunlar göstərir ki, ildən-ilə ölkədə yeni doğulan uşaqların sayı azalır.

Bunun səbəbinə gəldikdə, bəzi ekspertlər qeyd edir ki, ölkədəki iqtisadi-sosial çətinlik ailələrdə doğulan uşaqların sayının azalmasına gətirib çıxarır. Digər qisim hesab edir ki, son zamanlar boşanma hallarının sayının kəskin artması yeni doğulan uşaqların sayına ciddi təsir göstərir. Bu arada qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma halları qeydə alınıb ki, bunu da rekord göstərici hesab etmək olar. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Doğulan uşaqların sayında kəskin azalmanın qarşısını almaq üçün nələr edilə bilər? Uşaqpulu ilə bağlı işlər hazırda nə yerdədir?

“Azərbaycanda uşaqpulu müavinət formasında verilir. Amma bunun daha geniş yayılmasına ehtiyac var. Bunun üzərində iş aparılır”.

KONKRET.az  xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a açıqlamasında deyib.

“Sözügedən formada verilən bu müavinətlər bütün uşaqları əhatə edəcək mahiyyətdə deyil. Bunu daha çox genişləndirmək lazımdır. Elə bu istiqamətdə də geniş səviyyəli addımlar atılır. Ümid edirəm ki, aztəminatlı ailələrin bütün kateqoriyaları bu uşaqpulu formasında müavinəti almağa nail olacaqlar. Amma bu bilavasitə uşaqların sayının artmasına təsir edəcək amil deyil. Burada başqa stimullaşdırıcı vasitələrə əl atılmalıdır. Xüsusən də, ipoteka və başqa məsələlərdə sərbəstlik və başqa imkanlar yaradılmalıdır. Bununla ev məsələsi həll olacaq, gənclərin evlənməsinə mane olan şərtlər ortadan qaldırılacaq. Bu zaman ailələr daha tez və rahat qurula bilər, bu da uşaqların sayının artmasına stimul verə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*