ÜST: Oktyabrın 7-dən bəri Qəzzada 16 tibb işçisi həlak olubbackend

ÜST: Oktyabrın 7-dən bəri Qəzzada 16 tibb işçisi həlak olub

Oktyabrın 7-dən bəri Qəzzada səhiyyə işçilərinə 75-ə yaxın hücum edilib, 16 tibb işçisi ölüb, 30-u yaralanıb.

KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ÜST-nin Fələstindəki nümayəndəsi Riçard Peperkorn  bildirib.

“Oktyabrın 7-dən bu yana Qəzzada həkimlərə 75 hücum qeydə alınıb. Ümumilikdə 16 tibb işçisi vəzifə borcunu yerinə yetirərkən həlak olub, 30-u yaralanıb, 24 təcili yardım maşını zədələnib, 34 səhiyyə müəssisəsinə ziyan dəyib”, – Peperkorn deyib.

Onun sözlərinə görə, 35 xəstəxanadan 23-ü hələ də qismən işləyir, lakin kritik funksiyalar risk altındadır.

“Gündə 94 min litr yanacaq tələb olunur. Bu, 12 böyük xəstəxananın kritik funksiyalarını saxlamaq üçün minimum tələbdir”, – ÜST nümayəndəsi qeyd edib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*