“Uzun müddət sərt karantin rejimində qala bilmərik, yumşalmaya gedilməlidir”- DEPUTATbackend

"Uzun müddət sərt karantin rejimində qala bilmərik, yumşalmaya gedilməlidir"- DEPUTAT

Xəbər verdiyimiz kimi avqustun 11-də kornavirusa yoluxanların sayında artım müşahidə olunub. Belə ki, 84 yoluxma yeni faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Dünənki statistikada cuzi də olsa artım müşahidə olunub. Bu artım karantin rejimində yenidən sərtləşməyə gedilməsinə səbəb ola bilərmi?

KONKRET.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, sevindirici hal idi ki, hər gün virusa yoluxanların sayında ciddi azalma oldu:

“Hətta yoluxanların sayı 100-dən 79-a endi. Bu da onu göstərirdi ki, insanlar arasında məsuliyyət artıb. Karantin qaydalarına ciddi riayət var idi. Yoluxanların sayının azalması ilə paralel, sağalanların sayı da çoxalmışdı. Ölənlərin sayında da azalma müşahidə olunurdu. Lakin dünən yoluxanların sayında cuzi də olsa artım oldu.

Söhbət 5 nəfərin artması deyil, əsas məsələ odur ki, insanlarda arxayın yaranmasın. Gün ərzində müşahidə olunan azalmalar insanlarda arxayınlıq yaratmamalıdır. Dünya hələ bu virusdan qurtulmayıb. Bəzi ölkələrdə artıq ikinci dalğanı yaşayır. İstənilən cüzi bir səhv yenidən ölkəmizdə koronavirusa yoluxanların sayını yenidən artıra bilər.

Mayda yumşalmalara getdikdən sonra yoluxanların sayı kəskin artdı. Fəsadlar göz qabağında oldu. Gün ərzində yoluxanların sayı 600-ə yaxınlaşırdı. Ölənlərin sayı artdı. Bu gün biz hələ bu bəladan qurtulmamışıq. İnsanlarımızın məsuliyyətsizliyi və cuzi bir səhvi yoluxma sayını artıra bilər. Belə olanda da əlbəttə mümkündür ki, karantin rejimi yenidən sərtləşdirilsin. Ona görə də Operativ Qərargah hissə-hissə yumşalmaya gedir. Təbii ki, biz uzun müddət sərt karantin rejimində qala bilmərik. Yumşalmaya gedilməlidir. Unutmamalıyıq ki, maska taxmaq, sosial məsafəni qorumaq və şəxsi gigyenik qaydalarına əməl etməyi həyat tərzimizə çevirməliyik. Əsas məsələ odur ki, yoluxanların sayının sıfıra enməsidir. Nə qədər ki, koronavirus dünyada tüğyan edir və bunun peyvəndi tapılmayıb şərtlər daxilində öz həyat tərzimizi davam etməliyik”.

Aysel Yusifqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*