Vaaqn Melikyan: “Ermənistanın mövcudluğuna təhlükə yaranıb” – Pərdəarxası razılaşmalar varbackend

Vaaqn Melikyan: “Ermənistanın mövcudluğuna təhlükə yaranıb” - Pərdəarxası razılaşmalar var

“Vaxt çox qısadır, bizim həqiqətən o vaxtımız yoxdur, vaxt bu gün heç bir şəkildə Ermənistanın xeyrinə işləmir”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni diplomat Vaaqn Melikyan Ümumerməni Diplomatlar Şurasının təşəbbüsü ilə keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, hadisələr kifayət qədər sürətlə gedir, pərdəarxası razılaşmalar da var və bütün bunlar təbii ki, birbaşa Ermənistanın mövcudluğuna təhlükə yaradır.

“Regionda proseslər gərgindir, vəziyyət daha da mürəkkəbləşir, müxtəlif düşərgələrdə ciddi yenidənqurmalar gedir, Avropada yeni siyasi dəyişikliklər dalğası yüksəlib”, – deyə diplomat bildirib.

O qeyd edib ki, Azərbaycan daim yeni tələblər irəli sürür və Ermənistanın təəssüf ki, birtərəfli güzəştlərdən başqa təklif edəcəyi heç nə yoxdur.

“Heç kimin Ermənistanı gözləmədiyi Qərbə qarşı çox təhlükəli vektor dəyişikliyi siyasəti aparılır”, – Vaaqn Melikyan bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*