Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 235 vaksin vurulub.
KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 62, ikinci doza üzrə 42, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 104-dür. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 27-dir.