Qazaxıstanın Karaqanda vilayətinin Şaxtinsk şəhərində bir neçə məktəbin valideynləri altıgünlük dərs həftəsinə qarşı etiraz aksiyası keçiriblər.
KONKRET.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Valideynlər hesab edirlər ki, təhsil idarəsinin rəisi nazirin əmrinə zidd gedir.
Buna etiraz olaraq məktəblərdən birinin yaxınlığında toplaşan valideynlər yerli təhsil şöbəsinin müdiri Nikolay Onsoviçlə görüşməyi tələb edib:
“Biz altıgünlük dərs həftəsinin əleyhinəyik. Təhsil şöbəsinin müdiri nazirin əmrini pozur. Bizimlə görüşməkdən yayınır”.
Məlumata görə, valideynlərin kütləvi narazılığı yerli təhsil rəsmilərini əvvəlki qərara yenidən baxmağa məcbur edib.
Посмотреть эту публикацию в Instagram
İqbal Rzayev,
KONKRET.az