Valideynlərinin zorakılıq etdiyi uşağın son durumu…backend

Valideynlərinin zorakılıq etdiyi uşağın son durumu…

Ağdamda valideyinlərinin zorakılıq tətbiq etdiyi azyaşlının vəziyyəti stabil olaraq qiymətləndirilir.

KONKRET.az-ın xəbərinə görə, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, iki yaşlı körpənin müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Uşaq neyrocərrahiyyəsi şöbəsində davam etdirilir.

Xatırladaq ki, avqustun 27-də komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan azyaşlı zəruri tibbi xidmət göstərildikdən sonra, daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub. Pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*