Vanqanın “İnsanlar yadplanetlilərlə tanış olacaqlar” proqnozuna astroloqdan UNİKAL CAVABbackend

Vanqanın "İnsanlar yadplanetlilərlə tanış olacaqlar" proqnozuna astroloqdan UNİKAL CAVAB

Məşhur görücü Vanqa 2025-ci ildə insanların yadplanetlilərlə tanış olacağını proqnozlaşdırıb. O, bunun dünya miqyasında keçiriləcək böyük bir idman tədbiri zamanı baş verəcəyini bildirib. Vanqanın proqnozlarına görə, görünən işıq UFO olaraq ortaya çıxacaq və insanlar bu işığı dünyanın hər tərəfindən görə biləcək.

Maraqlıdır, bucür varlıqlar mövcuddurmu?

Mövzu ilə bağlı astroloq Sabirə Cəfər KONKRET.az-a açıqlamasında bildirib ki, yadplanetlilərin mövcudluğu ilə bağlı bu günə qədər elmi ictimaiyyət tərəfindən dəqiq qənaət formalaşmayıb.

“Yadplanetli həyat formalarının varlığını iddia etmək yalnız elmi sübutlara əsaslanmalıdır. Bu məsələ astrologiyanın araşdırma sahəsinə daxil olmasa da, astroloji baxımdan 2025-ci ilin verdiyi siqnallar maraqlıdır”.

Astroloq bildirib ki, 2025-ci il bir sıra mühüm planet hərəkətləri ilə yadda qalacaq.

“Bu il Saturn və Neptun qovuşması, eyni zamanda Plutonun Dolça bürcünə keçidi baş verir. Bütün bu göy hadisələri enerjilərin dəyişməsi və insanların mücərrəd sahələrə, o cümlədən dünyadankənar yaşantılara olan marağını artıra bilər”.

Onun sözlərinə görə, Saturn məhdudiyyətləri sərhədləri təmsil edən bir göy cismi olsa da, Neptunla qovuşması bu sərhədləri aşmaq potensialı yaradır.

“Neptun hər şeyi mücərrədləşdirir, sərhədsizləşdirir. Saturnla olan qovuşması insanlarda qeyri-adi mövzulara, xüsusilə də dünyadan kənar həyat formalarına marağı artıracaq. Bu da həm texnoloji səyahətlərdə, həm də enerji səviyyəsində astral səfərlərdə özünü göstərə bilər”.

Plutonun Dolça bürcünə keçidinin də bu tendensiyanı gücləndirdiyi bildirilir. Astroloq qeyd edir ki, bu, texnoloji baxımından daha çox bilinməyən yenilikçi tərəflərə yönəldə bilər.

“Balıq-Qız xətti üzərində baş verən tutulmalar da bilinməyənə yönələn marağı artıracaq. Balıq bürcünün təbiətində bilinməzliyə, sərhədlərin o tayına keçməyə həvəs var”.

Səbirə Cəfər hesab edir ki, bu qədər güclü astroloji kombinasiya olan bir dövrdə insanların digər qalaktikalar və planetlərdə həyatın olub-olmaması ilə bağlı suallara daha çox cavab axtaracağı gözləniləndir.

“ 2025-ci ildən başlayaraq həm texnoloji səfərlərin, həm də astral təcrübələrin sayı arta bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*