Vaqner PMC komandanlığına qayıtmamaq üçün məzuniyyətdə olanlar qollarını və ayaqlarını sındırırlar.
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı hərbi bloger və ekspert Andrey Morozov deyib.
Vaqner PMC-yə bağlı Hava-Dəniz Qüvvələrinin 51-ci Tula alayından səfərbər edilmiş şəxslər PMC-nin komandanlığı altında cəbhəyə qayıtmamaq üçün məzuniyyətdə qollarını və ayaqlarını sındırırlar.
Onun sözlərinə görə, səfərbər olanlar bilərəkdən özlərinə xəsarət yetirirlər. Çünki yaralıların təxliyəsini aparan “vaqnerçilər” onlara hədə-qorxu gəlir.
“Yaralılarımızı xəbər versəniz, sizi güllələyərik”. Və artıq güllələnmiş ayaqlar var idi. İnsanlar “özününkülərdən” arxadan güllə almaq istəmirlər”, – deyə Morozov yazır.
Xuraman Etibarlı,
KONKRET.az