“Qarabağdakı silahlı dəstələr Azərbaycanla döyüşməyə hazırdır”.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Qarabağda azıb qalmış oliqarx nökəri Ruben Vardanyan teleqram kanalda bildirib. O, hardansa cürət taparaq Azərbaycanı “hədələyib”.
Vardanyan bəyan edib ki, Qarabağın “yarımhərbi qüvvələri” zərbələri dəf etməyə hazırdır və vəziyyətin gərginləşəcəyi təqdirdə Azərbaycan “ağır itkilər verəcək”.
Kremlin himayə etdiyi erməni tulası “Arsax”ı danışıqlar masasına qaytarmağı” tələb edib. O, problemin sülh yolu ilə həllinin Bakı ilə Qarabağda yaşayan ermənilər arasında ikitərəfli danışıqlar olduğunu çərənləyib..
Xatırladaq ki, Azərbaycan iki dəfə Qarabağ ermənilərini Bakıda danışıqlara dəvət etsə də, onlar hər iki görüşdən imtina ediblər.
Xuraman Etibarlı,
KONKRET.az