Varlılar üçün vergi artırılır – Belarusdabackend

Varlılar üçün vergi artırılır - Belarusda

Belarusda həddindən artıq varlı təbəqə üçün gəlir vergisi tətbiq ediləcək.

KONKRET.az xəbər verir ki, müvafiq qanun layihəsinin qəbulu barədə ölkənin Nümayəndələr Palatası məlumat yayıb.

Yeni vergilərin təxminən 8-9 min insana təsir edəcəyi bildirilir. Verginin məbləği 13 faizdən 25 faizə qədər artacaq. Buraya dividendlərdən, əmək müqavilələrindən, habelə mülki hüquq müqavilələrindən əldə edilən gəlirlər də daxildir. İldə 25 milyon rubldan çox olan mənfəət vergisi isə 25 faizə çatdırılacaq. Hazırda bu rəqəm 20 faizdir.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin koronavirusla mübarizəyə sərf etdiyi xərclərin məbləğini açıqlayıb və təklif edib ki, varlı şəxslərin əmlakına yeni vergi tətbiq edilməlidir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*