Naxçıvan Muxtar Respublikasında bir zamanlar aktiv fəaliyyət göstərmiş “Gəmiqaya Avtonəqliyyat”, “Avtonax MR” və “Avto GL” şirkətləri ləğv edilir.
KONKRET.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ləğv olunduğunu elan edən şirkətlər kreditorlarına müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Cəli̇l Məmmədquluzadə küçəsi, ev 34/2 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Gəmiqaya Avtonəqliyyat” 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 210 050.14 manatdır. “Avtonax MR” 2023-cü ildə 14 142.26 manat nizamnamə kapitalı ilə, “Avto GL” isə 2023-cü ildə 241 937 manat nizamnamə kapitalı ilə yaradılıb.
Şirkətlər bir zamanlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu bildirilən “Gəmiqaya Holdinq”in tabeçiliyində olub.