Vasif Talıbovun oğlu bu vəzifəsini də itirdibackend

Vasif Talıbovun oğlu bu vəzifəsini də itirdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov daha bir vəzifəsini itirib.

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, o, bundan sonra Azərbaycan Şahmat Federasiyanının (AŞF) İcraiyyə Komitəsində təmsil olunmayacaq.

Məsələ AŞF-nin hazırda davam edən Növbəti Konfransında İcraiyyə Komitəsinə seçkilər zamanı rəsmiləşəcək.

S.Talıbov daha əvvəl Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası prezidenti vəzifəsindən istefa vermişdi. O, 2021-ci ildən AŞF-nin vitse-prezidenti idi.

S.Talıbov İcraiyyə Komitəsinə keçirilən seçkilərdə namizədlər siyahısında yer almayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*