Vasif Talıbovun oğlu işdən çıxarılıb? – RƏSMİbackend

Vasif Talıbovun oğlu işdən çıxarılıb? – RƏSMİ

Dövlət Miqrasiya Xidməti (DMX) qurumun Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması ilə bağlı yayılan məsələlərə münasibət bildirib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, açıqlamada R.Talıbovun işinin başında olduğu bildirilib.

“O, hazırda vəzifəsini icra edir. İşdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə R.Talıbovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*