Vazgen Manukyan: “Qarabağın Ermənistana birləşdirilməsi və müstəqillik şüarları bir dövlət kimi təhlükəsizlyimizə təhlükə yaradır”backend

Vazgen Manukyan: “Qarabağın Ermənistana birləşdirilməsi və müstəqillik şüarları bir dövlət kimi təhlükəsizlyimizə təhlükə yaradır”

Konkret.az xəbər verir ki, Ermənistanda İctimai Şuranın sədri, Milli Demokratik Birliyin lideri Vazgen Manukyan son günlər “Qarabağ Ermənistanın ərazisidir”, “Qarabağ – Ermənistan” kimi şüarları şərh edərkən bu açıqlama ilə çıxış edib.

O, bildirib ki, ilk baxışdan bu şüarların səsləndirilməsi erməni vətənpərvərliyindən irəli gəlsə də, amma çox mürəkkəb siyasi və hərbi problemlərin, cərəyanların yaranmasına zəmin yaradır. Çünki Qarabağ problemi beynəlxalq siyasətin probleminə çevrilib. Beynəlxalq ictimaiyyət üçün Dağlıq Qarabağın müstəqil olması və ya Ermənistanla Qarabağın birləşdirlməsində tarixi dəlil və digər qərarlar yetərli deyil.

“II Dünya Müharibəsindən sonra Avropadakı bütün sərhədlər dəyişdirilib”, – deyən Manukyan qeyd edib ki, Qərb reallığı belədir ki, bir xalqın iradəsi torpaqları birləşdirməyə və ya müstəqilliyə kifayət etmir. Manukyan 1975-ci ildə qəbul olunan Helsinki Yekun Aktına istinad edərək vurğulayıb ki, “Qarabağ probleminin bizim istəyimizlə həlli Qərb üçün çox təhlükəli bir presedent yarada bilər. Ona görə də Avropa qitəsi münaqişənin həllinə çox ciddi yanaşır”.

Manukyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iki mərhələdə həll tarixindən danışaraq deyib ki, “Birinci mərhələdə, xalqın öz müqəddəratını təyinetmə hüququndan istifadə edərək Qarabağ müstəqilliyinə nail olmalı idi. Sonrakı mərhələdə iki müstəqil dövlət birləşməliydi”.

Təşkilat rəhbəri təəssüf edir ki, beynəlxalq dairələrin öz baxışları var. İctimai Şuranın sədri maraqlı məqama da toxunub. Belə ki, ABŞ hələ münaqişənin ilk dövrlərində Qarabağ problemin həllinə mane olanların siyahısını tərtib etmişdi və Dağlıq Qarabağın erməni icması arasında kifayət qədər tanınmış şəxslərin adları hələ o vaxtdan ABŞ-a məlum idi. Bu isə onu deməyə əsas verir ki, ermənilər arasında bu münaqişənin tam həllini istəməyən maraqlı qüvvələr var.

Hazırladı: F.TAHİROĞLU

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*