Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə bu gün səhər vəfat edib.
KONKRET.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, İrana Tağızadə məşhur aktyor, Əməkdar artist Firdovsi Atakişiyevin həyat yoldaşıdır. Onların hər ikisi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışırdılar.