Vəfat etmiş şəxsin kredit borcunu kim ödəməlidir? – ŞƏRHbackend

Vəfat etmiş şəxsin kredit borcunu kim ödəməlidir? - ŞƏRH

Bəzən kredit götürən və kredit verən şirkət arasında mübahisəli hallar yaşanır. Belə vəziyyət daha çox kredit götürən şəxs vəfat etdikdə baş verir.

Bəs şəxs vəfat edərsə, onun adına olan krediti kim ödəməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, vəfat edən şəxsin I dərəcə vərəsələri vərəsəlik açılmaqla bağlı notariat orqanına müraciət etdikdən sonra qəbul etdikləri miras əmlakına uyğun olaraq öhdəlik daşıyırlar:

Maşın sevdanızı reallaşdıran qara bazarın TƏHLÜKƏSİ: İt də gedər, ip də -  FOTO - Oxu.az

“Kredit götürən şəxs dünyasını dəyişərsə, onun vərəsələri mütləq formada kreditorlara məlumat verməlidir. Vəfat edən şəxsin I dərəcə vərəsələri vərəsəlik açılmaqla bağlı notariat orqanına müraciət etdikdən sonra qəbul etdikləri miras əmlakına uyğun olaraq öhdəlik daşıyırlar. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarları var. Bu, Mülki Məcəllənin 470, 472, 1146, 1255, 1306-cı maddələrinin şərhi ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən verilən qərardır. Bu qərara görə, mirası qəbul edən I dərəcəli vərəsələr onlara çatan miras payının həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyır”.

O qeyd edib ki, mirası qəbul edən vərəsələr öhdəliyi icra etməkdən yayınarsa və ya lazımi qaydada icra etməsə, kreditor təşkilat (bank) borclunun zamininə qarşı iddia qaldıra bilər:

“Zamin götürülən kreditə görə tam, borclunun vərəsələri isə qəbul etdikləri miras əmlakı həddində məsuliyyət daşıyır. Zamin və vərəsələr əsas borcdan əlavə faiz borcuna görə də məsuliyyət daşıyırlar. Konstitusiya məhkəməsinin qərarından belə görünür ki, zamin tərəfindən həmin kredit tam şəkildə bağlanmalıdır. Prosedural olaraq şəxs zaminlikdə iştirak edibsə, faktiki olaraq götürülən kreditdən yaralanmayıbsa, əldən çıxmış krediti ilə bağlı gələcəkdə vəfat edən şəxsin vərəsələrinə qarşı mülki qaydada iddia qaldırmaqla zərərin tələb olunması ilə əlaqədar məhkəmədə çıxış edə bilər”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*