Vəkil: “Yekaterinburqda saxlanılan Əhliman Gənciyev dubinka ilə döyülüb”backend

Vəkil: "Yekaterinburqda saxlanılan Əhliman Gənciyev dubinka ilə döyülüb"

Yekaterinburq məhkəməsində Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

KONKRET.az xəbər verir ki, bu barədə apa-nın Rusiya bürosu xəbər verir.

***

Yekaterinburqda iyunun 27-də saxlanılan Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər.

KONKRET.az xəbər verir ki, bunu Gənciyevin vəkili İlkin Əmirov bildirib .

Onun sözlərinə görə, Gənciyevə “elektroşok”la işgəncə verilib, ağır predmetlə döyülüb.

Vəkil müvəkkilinin döyülüb, işgəncə veriləndən sonra xəstəxanaya belə yerləşdirildiyini söyləyib:

“Biz hesab edirik ki, müvəkkilim törədilmiş cinayətlə heç bir əlaqəsi yoxdur. O, günahsızdır. O, hətta işgəncələrdən sonra belə etiraf etməyib və etməyəcək”.

Hüquqşünas qeyd edib ki, cinayət işinin araşdırılması üzrə ümumilikdə 15 nəfərə yaxın adam saxlanılıb, iki şübhəli öldürülüb:

“Biz hər cür səy göstərəcəyik ki, həmin şəxslərin xroniki xəstəliklərdən deyil, məhz işgəncə nəticəsində həyatlarını itirdikləri sübut olunsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*