Xuliqanlıq və müvəkkilinə qarşı dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub. Təqdimata Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılıb.
KONKRET.az xəbər verir ki, məhkəmə təqdimatı təmin edib və vəkil Zabil Qəhrəmanov barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.
***
Gəncədə saxlanılan tanınmış vəkilin məhkəməsi başlayıb.
KONKRET.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, saxlanılan Zabil Qəhrəmanovun Gəncə şəhər Məhkəməsinə hazırda prosesi başlayıb
***
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan vəkilə ittiham elan olunub.
KONKRET.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, saxlanılan tanınmış vəkil Zabil Qəhrəmanova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə ittiham olunur.
Zabil Qəhrəmanovla bağlı təqdimatın bu gün Gəncə şəhər məhkəməsində baxılacağı nəzərdə tutulub.
