1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə xəbərlər yayılıb.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, Müğənninin vəkili Hikmət Əliyev musavat.com-a açıqlamasında bildirib ki, məhkəmə prosesi davam edir:
“Hakim müşavirəyə gedib. Rəqsanə xanımın ev dustaqlığına buraxılması barədə xəbərləri mən də sizin kimi sosial mediadan oxuyuram. Biz də hakimin qərarını gözləyirik. Hakim qərarı açıqlamayıb”.
