Vəli Mustafayev Masallı rayon prokuroru vəzifəsindən azad edilməyib – RƏSMİbackend

Vəli Mustafayev Masallı rayon prokuroru vəzifəsindən azad edilməyib - RƏSMİ

Baş Prokurorluq Masallı rayon prokuroru Vəli Mustafayevin xidməti vəzifəsindən azad edilərək prokurorluq orqanlarından xaric edilməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

KONKRET.az-a Baş Prokurorluqdan daxil olan məlumatda bildirilir:

“Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilməklə bildiririk ki, həqiqətə uyğun olmayan, müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması qanunvericiliklə qadağan olunduğundan həmin media subyektləri barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*